Avropanın yeraltı anbarlarda qaz ehtiyatlarının həcmi son üç il ərzində ilk dəfə olaraq 35 faizdən aşağı düşüb.
Kommersant.az xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, havaların yenidən soyuması səbəbindən anbarlardan qaz götürülməsi sürətlənib.
Hazırda anbarlarda qaz ehtiyatlarının həcmi təqribən 38,6 milyard kubmetrədək (34,84 faiz) azalıb. İsitmə mövsümünün başladığı 2024-cü il oktyabrın 29-dan bəri anbarlardan 71,5 milyard kubmetrdən çox qaz çıxarılıb. Martın 16-da anbarlardan qaz çıxarılması 256 milyon kubmetr, qaz vurulması isə 51 milyon kubmetr təşkil edib.
Fevral ayında Avropa birjasında min kubmetr mavi yanacağın orta qiyməti təxminən 542 dollar, martın əvvəlində isə təxminən 467 dollar olub.
Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı fevralda 13 faiz, martda isə orta hesabla 16 faiz təşkil edib.
Cari ayda terminallardan Avropanın qazötürmə sisteminə maye qazın vurulması bu dövr üçün rekord səviyyəyə çatıb. Hazırda həmin göstərici maksimum gücün 51 faizinə bərabərdir.