USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp 2 yeni tarifə işarə edir

25.03.2025 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Tramp ABŞ-a qayıdan şirkətlərin sayının artdığını, tariflərin şirkətləri ölkəyə cəlb etdiyini, yaxın vaxtlarda avtomobil və dərmanlara yeni tariflər tətbiq edəcəklərini açıqlayıb. Tramp həmçinin FED-in faiz dərəcələrini aşağı salacağına ümid etdiyini bildirib.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında iqtisadiyyatla bağlı qiymətləndirmələr edib.

“Ümumilikdə qiymətlər aşağı düşür, enerji qiymətləri aşağı düşür və ümid edirik ki, FED faiz dərəcələrini aşağı salacaq, o zaman faiz dərəcələrinin aşağı düşdüyünü görəcəksiniz”, - deyə Tramp bildirib.

Bir çox şirkətin ABŞ-a köçdüyünü qeyd edən Tramp, “Biz yəqin ki, 4 trilyon dollarlıq şirkətlərin geri qayıtdığını və ya geri dönəcəyini gördük” söyləyib.

Tramp ABŞ-da istehsal edənlərə heç bir tarif tətbiq edilmədiyini və tariflərin şirkətləri ABŞ-a qayıtmağa məcbur etdiyini xatırladıb.