USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtın bu rayonlarında qaz olmayacaq - XƏBƏRDARLIQ

07.04.2025 İqtisadiyyat
0 0
Bakının Xəzər və Yasamal rayonlarında qaz təchizatında fasilə yaranacaq.

Kommersant.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində siyirtmənin yararsız olduğunu nəzərə alaraq yenisi isə əvəz olunması, Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi məqsədi ilə aprelin 7-də saat 10:00-dan etibarən qaz təchizatı daxildən dayandırılacaq.

"Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Atçılıq yaşayış massivində, Yasamal rayonunun isə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq",- məlumatda qeyd edilib.