Mayın 23-də “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Kommersant.az xəbər verir ki, bu barədə BOKT özü elan edib.
Məlumata görə, yığıncaq BOKT-nin baş ofisinin yerləşdiyi Bakı ş. Nəsimi r. S. Vurğun 60 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə “Para” BOKT ASC-nin Müşahidə Şurasının tərkibinin müəyyən edilməsi daxildir.
Qeyd edək ki, sözügedən BOKt 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 38,9 milyon manat olan BOKT-nin qanuni təmsilçisi Quliyev Elnur Eldar oğludur.