Bu ilin fevral ayının sonuna olan məlumatlara görə, Azərbaycanda 124,3 min ədəd POS-terminal var.
Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 min ədəd və ya 37,4% çoxdur.
Belə ki, 2024-cü ilin fevral ayının sonuna olan məlumatlara görə, Azərbaycandakı POS-terminalların sayı 90,5 min ədəd olub.
Cari ilin hesabat dövründə əmassız ödənişləri qəbul edən POS-terminalların sayı 122,2 min ədəd, özünəxidmət terminallarının sayı 2,1 min ədəd, bankomatların sayı isə 3,4 min ədəd olub.
Qeyd edək ki, ölkədə olan POS-terminalların (75,4 min ədəd) və bankomatların (1,8 min ədəd) çox hissəsi Bakı iqtisadi rayonundadır. Ən az POS-terminal (140 ədəd) və bankomat (15 ədəd) isə Şərqi Zəngəzur iqtisadi rayonundadır.