Cari ilin yanvar ayında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 90 kiloqram miqdarında nərə balığı kürüsü satılıb.
Kommersant.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsulun ixracından əldə olunan gəlir 90,68 min ABŞ dolları olub.
BƏƏ-yə kürü ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 80 kiloqram və ya 9 dəfə, dəyər ifadəsi ilə 80,68 min ABŞ dolları yaxud da 9 dəfə artıb. Belə ki, ötən ilin ilk ayında Azərbaycandan BƏƏ-yə 10 kilqram miqdarında 10 min ABŞ dolları dəyərində nərə balığı kürüsü ixrac edilib.
Bu ilin yanvarında BƏƏ-yə ixrac edilən kürünün bir kiloqram üçün orta qiyməti 1 007 ABŞ dolları (1 712 manat) təşkil edib ki, bu da, illik müqayisədə 7 ABŞ dolları və ya 12 manat bahalaşma deməkdir.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 100 kiloqram miqdarında, 105 min ABŞ dolları dəyərində nərə balığı kürüsü ixrac edilib.
Həmçinin, bu dövrdə xaricdən Azərbaycana 580 kiloqram nərə balığı kürüsü idxal edilib ki, buna da çəkilən xərcin dəyəri 175,2 min ABŞ dolları olub.