USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İtaliya hökuməti və Beko ixtisarları azaltmağa razılaşır

09.04.2025 İqtisadiyyat
0 0
İtaliya hökuməti Türkiyənin ağ əşya istehsalçısı Beko ilə ölkədə planlaşdırılan ixtisarları azaltmaq üçün həmkarlar ittifaqları ilə razılığa gəlib. “Arçelik”ə məxsus şirkət daha əvvəl 2000 nəfəri işdən çıxaracağını açıqlamışdı. Yeni razılaşma ilə bu say yarıdan çox azalacaq və çıxışlar könüllülük əsasında həyata keçiriləcək.

İtaliya hökuməti ölkədə planlaşdırılan ixtisarları azaltmaq üçün Türkiyənin məişət texnikası istehsalçısı Beko ilə əhəmiyyətli razılaşma əldə edib. İtalyan səlahiyyətliləri və həmkarlar ittifaqları Beko ilə şirkətin planlaşdırılan işçi qüvvəsinin azaldılmasını daha az ağrılı şəkildə idarə etmək üçün razılığa gəliblər, hökumətdəki mənbə Reuters-ə bildirib.

Arçelik-in nəzdində fəaliyyət göstərən Beko, ötən ilin noyabrında İtaliyadakı əməliyyatlarının yenidən qurulması çərçivəsində təxminən 2000 işçinin ixtisar ediləcəyini açıqlamışdı. Bu bəyanat həm işçilər, həm də həmkarlar ittifaqları arasında böyük əks-səda doğurdu və hökumət prosesə müdaxilə etdi.