USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nigeriya xam neft məhsullarını öz valyutasında satmağa davam edəcək

11.04.2025 İqtisadiyyat
0 0
Afrikanın neft və təbii qazla zəngin ölkəsi olan Nigeriyanın öz valyutası olan naira ilə xam neft və emal olunmuş neft məhsullarını satmağa davam edəcəyi bildirilir.

Maliyyə Nazirliyinin X sosial media hesabından edilən açıqlamada hökumətin milli siyasət olaraq xam neft və neft məhsullarının naira ilə satışı praktikasını davam etdirəcəyi açıqlanıb.

Açıqlamada, sözügedən siyasətin Federal İcra Şurası (FEC) tərəfindən təsdiqlənmiş uzunmüddətli strateji direktiv olduğu və müvəqqəti tədbir olmadığı vurğulanıb.

Nairada xam neft və emal olunmuş məhsulların satışının ölkənin iqtisadi suverenliyini gücləndirmək və yerli neft emalı zavodunun potensialını artırmaq məqsədi daşıdığı bildirilən açıqlamada, “Xam neft və emal olunmuş məhsullar üzrə naira ticarəti təşəbbüsü davamlı yerli emalın dəstəklənməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və daxili neft bazarında valyuta asılılığının azaldılması üçün hazırlanmış fundamental siyasət direktividir” deyilib.

37 milyard barel neft ehtiyatı var

Nigeriyanın sübut edilmiş neft ehtiyatları təxminən 37 milyard barel və ya dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.

Xam neft istehsalında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyanın ən böyük neft ehtiyatlarına malik 8-ci ölkəsidir.