USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tarifin əmtəə bazarında təsiri: Dollar və neft ucuzlaşdı, qızıl bahalaşdı

14.04.2025 İqtisadiyyat
0 0
ABŞ və Çin arasında davam edən tarif gərginliyi keçən həftə əmtəə bazarlarında, xüsusilə dollar və qızılda kəskin dalğalanmalara səbəb oldu. Qızıl rekord həddə yüksəlsə də, neft və kənd təsərrüfatı malları istiqamət axtarmağa davam edirdi.

Əmtəə bazarlarında investorlar ABŞ-ın gömrük vergisi addımları ilə bağlı xəbər axınına fokuslanmağa davam edərkən, keçən həftə dəyər itirən dollar indeksi qiymətlərə təsir etdi.

ABŞ prezidenti Donald Trampın açıqlamaları bazarların istiqamətinə təsir etməkdə davam edir. Trampın “tarif dueli”ni, xüsusən də Çinlə davam etdirməsi dünyanın iki ən böyük iqtisadiyyatı arasında qarşıdurmanın gedişi ilə bağlı sual işarələrini dərinləşdirir, artan ticarət müharibəsi və tənəzzül narahatlıqları isə təhlükəsiz sığınacaq tələbini dəstəkləyir.

Analitiklər ABŞ iqtisadiyyatının bu prosesin mənfi təsirlərindən asanlıqla çıxmasının mümkün olmadığını bildiriblər. Analitiklər tarif qeyri-müəyyənliyinin ABŞ-da resessiya narahatlıqlarını artırdığını və bu vəziyyətin dolların digər valyutalar qarşısında zəifləməsinə səbəb olduğunu bildiriblər.

Dollar indeksi son 3 ilin minimumuna düşüb

Bu inkişaflarla keçən həftə 2023-cü ilin iyul ayından bu yana ilk dəfə 100 səviyyəsinin altında test edən dollar indeksi, 2022-ci ilin aprelindən bu yana ən aşağı səviyyəni görərək 99.014-ə düşüb.

Makroiqtisadi məlumatlar tərəfində ABŞ-ın tarif addımlarının ölkədə inflyasiya təzyiqlərini canlandıracağına dair narahatlıqlar davam edərkən, ABŞ-da keçən həftə açıqlanan məlumatlar inflyasiyanın yavaşlamağa davam etdiyini göstərdi.