USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC qlobal neft tələbi proqnozunu azaldıb

14.04.2025 İqtisadiyyat
0 0
OPEC qlobal neft tələbi ilə bağlı proqnozunu gündəlik 15 milyon barel azaldaraq 1,3 milyon barrelə endirib.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) mart ayında 2025-ci il üçün qlobal neft tələbi artımı proqnozunu aşağı yönlü nəzərdən keçirib. Fevral hesabatında qlobal neft tələbinin 2025-ci ildə gündəlik 1,45 milyon barrel olacağını proqnozlaşdıran OPEC bu proqnozu 1,3 milyon barrelə endirib.

OPEK orta gündəlik tələbat proqnozunu sutkada 105,2 milyon bareldən 105,05 milyon barelə endirib.

OPEC həmçinin 2026-cı il üçün qlobal neft tələbi artımı proqnozunu 1,43 milyon bareldən 1,28 milyon barrelə endirib. O, orta gündəlik tələbatın 106,33 milyon barel olacağını proqnozlaşdırırdı.

Mart ayında OPEC üzvlərinin ümumi xam neft hasilatı əvvəlki ayla müqayisədə 781 min barel azalaraq 26 milyon 776 min barel olub.

Digər OPEC+ üzvlərinin ümumi hasilatı 41 min barel artaraq 14 milyon 244 min barelə çatıb.