Çində yuanla yeni bank kreditləri və real iqtisadiyyatın maliyyələşdirilməsi birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə artıb.
Çin Xalq Bankının (PBoC) məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında banklar və maliyyə qurumları tərəfindən verilən yeni yuan kreditlərinin ümumi məbləği 9,78 trilyon yuan (təxminən 1,34 trilyon dollar) təşkil edib.
İlk üç ayda ev təsərrüfatlarına 1,04 trilyon yuan (140 milyard dollar), biznesə isə 8,66 trilyon yuan (1,19 trilyon dollar) əlavə kredit verilib.
Yuan kreditlərinin ümumi həcmi mart ayının sonunda keçən illə müqayisədə 7,4 faiz artaraq 265,41 trilyon yuana (36,40 trilyon dollar) çatıb.
İlk 3 ayda tədavüldə olan nağd pulları, banklardakı müddətli və tələbsiz depozitləri əhatə edən ümumi pul kütləsi (M2) 7 faiz artıb, tədavüldə olan nağd pulları və banklardakı tələb olunan depozitləri əhatə edən pul kütləsi (M1) isə 1,6 faiz azalıb.
Bu dövrdə yuanla ifadə edilən əmanətlər 12,99 trilyon yuan (1,78 trilyon dollar) artıb ki, bunun da 9,22 trilyon yuanı (1,26 trilyon dollar) əhalinin əmanətləri olub.