USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fitch Ratings: ABŞ-ın cavab tədbirləri şirkətlər üçün ciddi risklər yaradır

16.04.2025 İqtisadiyyat
0 0
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings Çin və ABŞ arasındakı ticarət gərginliyinin bəzi sektorlar üçün ciddi risklər yaratdığını açıqlayıb.

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings, ABŞ-ın ticarət tərəfdaşları ilə yaşadığı cavab proseslərinin qısamüddətli müvəqqəti həll yollarına baxmayaraq, korporativ sektor üçün ciddi risklər yaratmağa davam etdiyini bildirdi. Fitch qeyd edib ki, xüsusilə Çinlə davam edən ticarət gərginliyi ABŞ-ın bəzi sektorlarını orta və yüksək risk altında qoyur.

Gömrük rüsumları böhranı

ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən mallara rüsumları 145%-ə qaldıracağını və digər ölkələrə qarşı rüsumları 90 gün müddətinə dayandıracağını açıqlayıb.

Buna cavab olaraq Çin hökuməti ABŞ məhsulları üçün gömrük rüsumlarını 125%-ə qaldırdı və aşağıdakı addımları atdı:

Müəyyən metalların ixracının məhdudlaşdırılması

DuPont China antiinhisar araşdırmasına başlayıb