USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birinci rübdə Azərbaycanda dizel istehsalı 8%-ə yaxın azalıb

16.04.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 552,9 min ton dizel yanacağı istehsal edilib.

Bu barədə Kommersant.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,9 min ton və ya 7,8% azdır.

Belə ki, ötən ilin yanvar-mart aylarında ölkədə 599,8 min ton dizel yanacağı istehsal olunmuşdu.

Bu ilin aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 138,3 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,257 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% azalıb.