USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağ Ev elan etdi: Çinə tariflər 245 faizə çatdı

16.04.2025 İqtisadiyyat
0 0
Ağ Ev Çinə tətbiq edilən bəzi idxal rüsumlarının 245 faizə çatdığını açıqlayıb.

Ağ Ev, Çindən idxal edilən bəzi məhsullar üçün tariflərin əvvəllər qüvvədə olan tariflər də daxil olmaqla ümumilikdə 245 faizə çatdığını bildirdi.

Ağ Evin dünənki memorandumu, Çinin cavab rüsumlarının ölkədən idxal edilən məhsulların 245 faizə qədər tariflərlə üzləşəcəyini ifadə etməsi bəzi çaşqınlıqlara səbəb oldu.

AA-ya danışan Ağ Ev rəsmisi Çindən idxal olunan məhsullara tətbiq edilən tarif dərəcələrinə aydınlıq gətirib.

Qurum rəsmisi qeyd edib ki, 125 faizlik qarşılıqlı tariflərə 20 faizlik fentanil tarifləri və 301-ci maddədəki tariflər daxildir və bu gömrük rüsumları məhsuldan asılı olaraq 7,5 faizlə 100 faiz arasında dəyişir.

Elektrikli nəqliyyat vasitələri və enjektorlar kimi məhsulların 301-ci maddə ilə 100 faiz gömrük rüsumuna məruz qaldığını qeyd edən qurum rəsmisi bu məhsullara fentanil tarifi və qarşılıqlı tariflərin də tətbiq edildiyini və bununla da ümumi gömrük rüsumunun 245 faizə çatdığını bildirib.

  • Əvvəlki

    Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verib

Digər xəbərlər

18.04.2025 İqtisadiyyat
Azərbaycan neftinin qiyməti bahalaşıb
0 0
18.04.2025 İqtisadiyyat
Bakının üç rayonunda qaz olmayacaq
0 0