USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank “PulPal”la bağlı göstəriş verdi

17.04.2025 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı “PulPal” MMC-yə münasibətdə təshih tədbirinin tətbiq edilməsi barədə qərar verib.

Kommersant.az xəbər verir ki, AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən “PulPal” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilmişdir.

Təshih tədbiri – Yəni şirkətə hansısa qayda pozuntusunu düzəltmək üçün tapşırıq verilib.