Karib hövzəsi ölkəsi Puerto Rikoda elektrik enerjisinin kəsilməsi təxminən 1,4 milyon insanın həyatına mənfi təsir göstərib.
Luma Energy şirkətinin sözçüsü Hugo Sorrentini, Pasxa bayramı öncəsi turist axınının yaşandığı Puerto Rikoda elektrik enerjisinin kəsilməsi ilə bağlı açıqlama verib.
Təxminən 1,4 milyon insanın elektrik kəsilməsindən mənfi təsirləndiyini qeyd edən Sorrentini, hava limanları və xəstəxanaların da kəsilmələrdən təsirlənən yerlər arasında olduğunu söylədi.
Sorrentini təxminən 330 min insanın suya çatmaqda çətinlik çəkdiyini və elektrik kəsilməsinin dəqiq səbəbinin bilinmədiyini bildirib.
“İnsanların şikayətləri 72 saat ərzində həll olunacaq”
Elektrik xətlərinin təmiri ilə bağlı işlərin davam etdiyini bildirən səlahiyyətlilər, zərərçəkmiş insanların şikayətlərinin 72 saat ərzində həll ediləcəyini bildirib.
Puerto-Riko qubernatoru Cenniffer Qonzales bildirib ki, bu böyüklükdə kəsilmə “qəbuledilməzdir” və Luma Energy ilə müqavilənin ləğvi məsələsi nəzərdən keçirilir.