USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Goldman Sachs-ın TCMB təhlili

18.04.2025 İqtisadiyyat
0 0
Mərkəzi Bank 13 aylıq fasilədən sonra faiz dərəcələrini artıraraq siyasət faizini 42,5 faizdən 46 faizə qaldırıb. Bu qərardan sonra Goldman Sachs, yeni şoklar yaşanmadığı təqdirdə faiz endirimlərinin iyul ayında başlaya biləcəyini proqnozlaşdırdı və il sonu siyasət dərəcəsi proqnozunu artırdı.

Goldman Sachs Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz qərarından sonra paylaşdığı notda “yeni şoklar” yaşanmayacağı təqdirdə faiz endirimlərinin iyul ayından etibarən davam edəcəyini proqnozlaşdırıb.

Qurum, Türkiyə üçün il sonu siyasət faizi gözləntisini 28,5 faizdən 33 faizə qaldırıb.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı aprel iclasında uçot dərəcəsini 350 bənd artıraraq 46 faizə yüksəldib.

Overnayt kreditləşmə dərəcəsi 300 baza bəndi artırılaraq 49 faizə çatdırılıb. Overnayt borclanma faizi də 41 faizdən 44,5 faizə yüksəlib.

Qərar mətnində inflyasiyanın nəzərəçarpacaq dərəcədə pisləşməsi gözlənildiyi təqdirdə duruşun sərtləşdiriləcəyi bildirilib.

  • Əvvəlki

    Artım proqnozlarında azalma və inflyasiyanın artımını müşahidə edəcəyik - BVF prezidenti Georgiyeva

Digər xəbərlər

18.04.2025 İqtisadiyyat
Azərbaycan neftinin qiyməti bahalaşıb
0 0
18.04.2025 İqtisadiyyat
Bakının üç rayonunda qaz olmayacaq
0 0