USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq nəhəng bank ABŞ-ın sanksiya siyahısına əlavə edilib

18.04.2025 İqtisadiyyat
0 0
ABŞ Dövlət Departamenti Yəmən Beynəlxalq Bankını husilərə maliyyə dəstəyi verdiyinə görə sanksiya siyahısına əlavə etdiyini açıqlayıb.

ABŞ Dövlət Departamenti Yəmən Beynəlxalq Bankını husilərə maliyyə dəstəyi verdiyi səbəbiylə sanksiya siyahısına əlavə etdiyini açıqlayıb. ABŞ Yəmən Beynəlxalq Bankına “husiləri dəstəklədiyi” səbəbi ilə sanksiyalar tətbiq edib.

ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən edilən yazılı açıqlamada bankın və bəzi yüksək vəzifəli şəxslərinin ABŞ-ın sanksiya siyahısına daxil edildiyi qeyd edilib.

Husilərə maliyyə dəstəyi verdiyi iddia edilir

Yüksək səviyyəli idarəçilər Kamal Hüseyn Əl Cəbri, Əhməd Sabit Numan Əl-Absi və Abdulkadir Əli Bazaranın sanksiya siyahısına daxil edildiyi bildirilən açıqlamada bu ifadələr yer alıb:

"Bu hərəkət Qırmızı dənizdə kommersiya gəmiçiliyinə İran tərəfindən dəstəklənən husilərin hücumlarının qarşısını almaq və qlobal ticarət üçün bu kritik su yollarını qorumaq üçün ABŞ hökumətinin səylərinin bir hissəsidir".

Yəmənə hava zərbələri endirilib

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən qısa müddət sonra husiləri yenidən “xarici terror təşkilatları” siyahısına əlavə edib.