USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft ticarət müharibəsi qorxusuna düşür

21.04.2025 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 66,21 dollara satılır.

“Xeyirli Cümə” bayramı ilə əlaqədar həftənin son günündə ticarət olunmayan Brent markalı neftin bir barel qiyməti aprelin 17-ni 66,96 dollarla bağladı. Brent markalı neft bu gün saat 09:42-ə bağlanış qiyməti ilə müqayisədə təxminən 1,1 faiz ucuzlaşaraq 66,21 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 62,97 dollara alınıb.

ABŞ və Çin arasında tariflər üzrə toqquşmalarla daha da şiddətlənən ticarət müharibəsinin güclənəcəyinə dair narahatlıqlar neft qiymətlərinin aşağı düşməsinə səbəb olur.

Analitiklər, ABŞ administrasiyasının ticarət tərəfdaşlarına qarşı qarşılıqlı tarif qərarları ilə bağlı Çindən başqa ölkələrlə danışıqlar prosesində irəliləyiş əldə etdiyinə diqqət çəkərək, iki ölkə arasında güclənən ticarət müharibəsinin ABŞ-ın inflyasiya və artımla mübarizəsinə təsir edəcəyini vurğuladılar.

Bundan əlavə, Çin Ticarət Nazirliyi bu gün verdiyi açıqlamada, bütün tərəflərin ABŞ ilə iqtisadi və ticarət fikir ayrılıqlarını bərabər şərtlərlə məsləhətləşmələr yolu ilə həll etmək hüququna hörmət etdiyini, lakin Çinə zərər verən hər hansı bir razılaşmanın imzalanmasına qəti şəkildə qarşı çıxacağını bildirib.

Tramp administrasiyasının ABŞ-ın tariflərdən azad etməsi müqabilində Çinlə ticarəti məhdudlaşdırmaq üçün digər ölkələrə təzyiq etməyə hazırlaşdığına dair xəbərə toxunan açıqlamada, hər hansı bir ölkənin bu cür razılaşmaları davam etdirəcəyi təqdirdə Pekinin qəti və qarşılıqlı cavab tədbirləri görəcəyi qeyd edilib. Bəyanatda Çinin öz hüquq və maraqlarını qorumağa qərarlı və qadir olduğu və Çinin bütün tərəflərlə həmrəyliyi gücləndirməyə hazır olduğu bildirilib.

  • Əvvəlki

    Rusiya 2025-ci il üçün rubl proqnozunu azaldıb

Digər xəbərlər

18.04.2025 İqtisadiyyat
Azərbaycan neftinin qiyməti bahalaşıb
0 0
18.04.2025 İqtisadiyyat
Bakının üç rayonunda qaz olmayacaq
0 0
18.04.2025 İqtisadiyyat
AMB-nin bu günə olan valyuta məzənnələri
0 0