USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızıl yeni həftədə rekord qırır

21.04.2025 İqtisadiyyat
0 0
Səhər saatlarında qızılın unsiyası 3,384 dollarla tarixin ən yüksək səviyyəsini, qram qızıl isə 4,159 lirə ilə rekord qırıb. Qızıl gün ərzində zirvəsini təzələyib. Qızılın unsiyası 3400 dolları keçərək tarixin ən yüksək həddinə çatıb. Qram qızıl 4180 lirə ilə rekord qırıb.

Qlobal iqtisadi narahatlıqlar və geosiyasi gərginlik fonunda qızıl qiymətləri rekord həddə çatıb. Dolların zəifləməsi də yüksəlişi dəstəkləyib.

Səhər saatlarında Asiya bazarlarında spot qızılın unsiya qiyməti 1,7 faiz artaraq 3 383,87 dollar olub. Sessiya zamanı o, tarixin ən yüksək səviyyəsinə 3,384 dollara çatıb. ABŞ qızıl fyuçersləri də 2 faiz bahalaşaraq 3396,10 dollar olub.

Qram qızıl da günə rekord qıraraq başladı

ABŞ-da unsiya qızıl qiymətlərinin artmasının ardından Türkiyədə qızılın qram qiyməti də rekord qırıb. Qram qızıl yeni həftəyə təxminən yüzdə 2 artaraq 4159 lirədən rekord qıraraq başladı.

Qızıl rekordla kifayətlənmir

Qızılın unsiyası gün ərzində 3400 dolları keçərək tarixinin ən yüksək həddinə çatıb. Asiya bazarlarında spot qızılın bir unsiyasının qiyməti 2,3 faiz artaraq 3403 dollara çatıb və rekord qırıb. ABŞ-ın qızıl fyuçersləri də 2 faiz artaraq 3396,10 dollar olub.

Qram qızıl 4180 lirəyə çataraq pik həddini yeniləyib.

  • Əvvəlki

    İran ABŞ ilə danışıqlarda: Türkiyə, Körfəz ölkələri və Pakistanla əlaqə saxlayırıq

Digər xəbərlər

21.04.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
18.04.2025 İqtisadiyyat
Azərbaycan neftinin qiyməti bahalaşıb
0 0