Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 65,88 dollara satılır.
Ötən gün 66,60 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 65,78 dollarla bağladı. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:32-ə olan bağlanış qiyməti ilə müqayisədə təxminən 0,15 faiz artaraq 65,88 dollara çatıb. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 62,79 dollara alınıb.
ABŞ Prezidenti Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell-i tənqid etməsi və ABŞ-ın ticarət siyasətləri ilə bağlı qeyri-müəyyənliklərdən narahatlığı qiymətlərin qalxmasında təsirli olur.
Trump, Truth sosial media hesabında bir yazıda Paueli hədəf aldı və bir çox insanın faiz dərəcələrində "öncədən azaldılması" çağırışını etdiyini bildirdi.
Enerji xərclərinin və ərzaq qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü və bir çox başqa "şeylərin" azalma tendensiyası müşahidə olunsa da, "faktiki olaraq heç bir inflyasiya olmadığını" qeyd edən Tramp, Pauellin indi faiz dərəcələrini aşağı salmaması halında iqtisadiyyatda yavaşlamanın ola biləcəyini bildirib.
Trump, keçən həftə Paueli də faiz dərəcələrini azaltmaqda "gecikdiyi" üçün tənqid etdi. Pauelldən narazılığını ifadə edən Tramp, ondan vəzifəsini tərk etməsini istəsə, Pauelin dərhal gedəcəyini bildirib. Pauellin siyasətlə məşğul olduğunu qiymətləndirən Tramp faiz dərəcələrinin aşağı salınması lazım olduğunu bildirib.
Trampın Paueli tənqidlərinin getdikcə artması Bankın müstəqilliyi ilə bağlı narahatlıqları artıraraq dolların dəyər itirməsinə səbəb olub. ABŞ dollarının aşağı düşməsi bazar oyunçuları arasında tələb iştahını artırır, neft qiymətlərinin yüksələn hərəkətini dəstəkləyir.
Digər tərəfdən, Trampın ticarət tariflərini artırmaq üçün atdığı addımlar, xüsusən də dünyanın ən böyük neft idxalçısı olan Çini hədəf alması, qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqları gücləndirir və neft qiymətlərinin artımını məhdudlaşdırır.
Tarif danışıqları ilə bağlı xəbər axını da investorlar tərəfindən yaxından izlənilir. Pasxa mərasimində Avropa Birliyi (AB) ilə tariflərlə bağlı razılığa gəlmək ehtimalının yüksək olduğunu söyləyən Tramp, "Son nəticədə hamı ilə razılaşacağıq" deyib.