USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn il illik inflyasiyanın 4.3% ətrafında olacağı gözlənilir - Mərkəzi Bank

23.04.2025 İqtisadiyyat
0 0
Bu ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.

Bu barədə Kommersant.az-a Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, ötən iclasdan bəri inflyasiyanın risk balansında dəyişikliklər əsasən xarici mühitlə əlaqədardır: "Ticarət müharibələrinin miqyasının böyüməsi və geosiyasi gərginliyin davam etməsi beynəlxalq əmtəə bazarlarında qiymətlərin dəyişkənliyini daha da artırır. Qarşılıqlı tarif artımları qlobal ticarəti zəiflətməklə yanaşı maliyyə bazarlarında da qeyri-sabitlik riskini yüksəldir. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amilləri və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim diqqətdə saxlanılır.

Ümumilikdə, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir".

Qeyd olunub ki, ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. "Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır. Belə ki, 2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir".