USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın valyuta ehtiyatı açıqlanıb

23.04.2025 İqtisadiyyat
0 0
Azərbaycanın valyuta ehtiyatları mart ayının sonuna 73.5 milyard ABŞ dolları səviyyəsinə çatıb.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, bunlardan 62.5 milyard ABŞ dolları Dövlət Neft Fondunun, 11 milyard ABŞ dolları isə Mərkəzi Bankın təşkil etmişdir.

"2025-ci il üzrə proqnozlarımıza əsasən, CƏB profisitinin 4 milyard, gələn il isə 3.5 milyard ABŞ dolları ətrafında olacağı gözlənilir", - deyə sədr vurğulayıb.