USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu bir az ədalətsizlikdir” – Kazımov hərracların həftəlik niyə açıqlanmamasına aydınlıq gətirdi

23.04.2025 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı keçirdiyi valyuta hərraclarının nəticələrini artıq ictimaiyyətə açıqlanmamasına ehtiyac deyil.

Kommersant.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

Baş bankir deyib ki, biz o qənaətə gəldik ki, hərracları açıqlamayaq. Ümumiyyətlə həm məzənnə dəyişilmirsə, həm tələb ödənilirsə bu valyuta bazarında nə baş verməsi ilə bağlı hər hansısa təhlillər üçün kifayət etmir. Qərara gəldik ki, hər ayın sonunda AMB öz xarici valyuta ehtiyatlarını açıqlayacaq, hər rübün nəticəsi olaraq Dövlət Neft Fondu satışların həcmini açıqlayacaq”.

“Bəzi media nümayəndələri və ekspertləri deyir ki, biz bu valyuta hərracları ilə valyuta bazarında tələb və təklifi müəyyən edirik. Bu mümkün deyil. Çünki orta 5 ilə baxsaq ARDNF-nin transferti ümumi valyuta bazarının 30-35%-ni təmin edir… Biz valyuta bazarında tələb və təklifi müəyyən etmək istəyiriksə, bu çox rahatdır. Bu dəyişiklikləri görmək üçün iki işarə var: birinci məzənnə, ikinci isə ehtiyatlardır. Məzənnə sabitdir, ehtiyatlar isə dəyişilmir. Bu o deməkdir ki, tələb təklifi qarşılayır. Burada çox bəsitdir.

O deyib ki, Mərkəzi Bank son üç ildə valyuta bazarına hər müdaxilələr açıqlanacaq. Bu günə qədər də açıqlamışıq və davam edəcəyik.

Kazımov qeyd edir ki, valyuta hərracları barədə məlumatların həftəlik açıqlanması lazım olmayan, əsassız müzakirələrə səbəb olur:

“Səmimi deyim, hansısa hərracda 70 mln. dollar satış olanda qalmaqal edilir [media və ekspertlər tərəfindən], 20 mln. dollar olanda səs çıxmır. Bu bir az ədalətsizlikdi”.

  • Əvvəlki

    Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsinə dair qərar verdi

Digər xəbərlər