USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

24.04.2025 İqtisadiyyat
0 0
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,36 ABŞ dolları və ya 3,37% azalaraq, 67,63 dollar/barel təşkil edib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,35 dollar və ya 3,44% ucuzlaşaraq 65,90 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,54 dollar və ya 2,86% azalaraq, 52,22 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,05 dollar və ya 2,97% azalaraq 66,94 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.