USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankı Türkiyənin böyümə proqnozunu yüksəldir

24.04.2025 İqtisadiyyat
0 0
Dünya Bankı Türkiyənin 2025-ci il üçün iqtisadi artım proqnozunu 2,6 faizdən 3,1 faizə yüksəldib, eyni zamanda Avropa və Mərkəzi Asiyada artımın yavaşlayacağını açıqlayıb.

Dünya Bankı Avropa və Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika, Sub-Sahara Afrikası, Latın Amerikası və Karib hövzəsi ölkələrinin iqtisadiyyatlarına dair hesabatlar dərc edib.

Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə Hesabatında Türkiyə iqtisadiyyatının bu il 3,1 faiz, 2026-cı ildə isə 3,6 faiz böyüməsi gözlənilir.

Dünya Bankı yanvar ayı təxminlərində Türkiyə iqtisadiyyatının 2025-ci ildə 2,6 faiz, 2026-cı ildə isə 3,8 faiz artacağını proqnozlaşdırmışdı.

Avropa və Mərkəzi Asiya regionunda inkişaf etməkdə olan iqtisadiyyatlarda artımın yavaşlaması gözlənildiyi ifadə edilən hesabatda, xarici tələbin zəifləməsi və Rusiyada böyümənin yavaşlaması səbəbindən region iqtisadiyyatının bu il və gələn il 2,5 faiz artacağı gözlənilir.