Londonda nəşr olunan “The Economist” iqtisadiyyat jurnalının “Avropanın Türkiyə ilə istəksiz sıfırlanması” başlıqlı təhlilinə görə, Avropa İttifaqı təhlükəsizlik və müdafiə sahələrində prezident Ərdoğanla yaxınlaşmağa doğru irəliləyir. İmamoğlunun həbsi kimi hadisələr “narahatedici” hesab edilsə də, Avropa Rusiya təhlükəsinə qarşı Türkiyə ilə əməkdaşlığa üstünlük verməkdə qərarlı görünür.
The Economist jurnalı Avropanın Türkiyə ilə istəksiz müdafiə əlaqələrinə diqqət yetirir. O, təhlildə Avropanın təhlükəsizlik prioritetlərinə uyğun olaraq Türkiyə ilə münasibətlərində yeni səhifə açdığını yazıb.
Əkrəm İmamoğlunun həbsi narahatlıq doğurub
“Avropanın Türkiyə ilə istəksiz şəkildə sıfırlanması” başlıqlı məqalədə deyilir ki, prezident Ərdoğanın ən güclü rəqibi Əkrəm İmamoğlunun həbsinə baxmayaraq, Avropa bu inkişafı “narahatedici, lakin maneə törətməyən bir vəziyyət” olaraq görür.
Ərdoğan: “Türkiyəsiz Avropanın təhlükəsizliyini təsəvvür etmək mümkün deyil”
Prezident Rəcəb Tayyib Ərdoğanın aprelin 11-də “Avropanın təhlükəsizliyi Türkiyəsiz düşünülə bilməz” açıqlamasını xatırladan “The Economist” Ərdoğanın şişirdilmiş ritorikası ilə tanındığını, lakin bu dəfə tam yanılmadığını qeyd edir. Türkiyənin müdafiə sənayesindəki irəliləyişləri, güclü ordusu və Qara dənizdəki strateji roluna görə Avropanın Ankara ilə daha yaxından işləmək məcburiyyətində qaldığı vurğulanır.
Ukraynada müdafiə və əməkdaşlıq Avropanın marağındadır
Məqalədə bildirilir ki, Türkiyə Avropanın müdafiəsinə ciddi töhfə vermək gücünə malikdir. Buna misal olaraq Baykarın İtaliyanın Leonardo şirkəti ilə əməkdaşlığı göstərilsə də, Türkiyənin “Altay” döyüş tankı və beşinci nəsil döyüş təyyarəsi Kaan layihələrinə diqqət çəkilir.
Ərdoğanın Ukraynaya sülhməramlılar göndərməyə razı olduğu, Türkiyənin Suriya və Liviyadakı anti-Rusiya hərəkətlərinin də Avropanın diqqətindən yayınmadığı bildirilir. Türkiyənin Qara dənizdə NATO və ya Rusiya donanmasının yaradılmasından qaçmaq istəyi də təhlildə öz əksini tapıb.