USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətləri ABŞ-Çin ümidləri ilə bir qədər yüksəldi

25.04.2025 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 65,74 dollara satılır.

Ötən gün 66,14 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 65,68 dollarla bağladı. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:12-ə olan bağlanış qiyməti ilə müqayisədə təxminən 0,09 faiz artaraq 65,74 dollara çatıb. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 62,71 dollara alınıb.

Qiymətlərin qismən artmasında ABŞ-Çin ticarət danışıqları ilə bağlı optimizm təsirli olub.

ABŞ prezidenti Donald Trampın Çinlə tariflərlə bağlı danışıqların davam etdiyinə dair açıqlamaları Pekin administrasiyası tərəfindən təkzib edilsə də, bazarlarda məsələ ilə bağlı nikbin atmosfer davam edir. Tramp son açıqlamasında Çinlə danışdıqlarını təkrarlayıb.

ABŞ rəhbərliyi tariflərdən sonra digər ölkələrlə danışıqlar prosesinə davam edir. ABŞ-ın maliyyə naziri Scott Bessent ABŞ və Cənubi Koreya arasında "çox uğurlu" ticarət danışıqları apardıqlarını bildirərək, iki ölkənin gələn həftə kimi ticarətlə bağlı konsensusa gələ biləcəyini bildirib.