USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BEA prezidenti Biroldan kritik xəbərdarlıq

25.04.2025 İqtisadiyyat
0 0
Beynəlxalq Enerji Agentliyinin (IEA) prezidenti Fatih Birol, təmiz enerji texnologiyalarının istehsalında kritik mineralların bəzi ölkələrin nəzarəti altında olduğunu vurğulayaraq, "Biz müxtəlifliyin təmiz enerji üçün böyük əhəmiyyət kəsb etdiyinə inanırıq" deyib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) prezidenti Fatih Birol, təmiz enerji texnologiyalarının istehsalında istifadə edilən kritik mineralların tədarükünün bir neçə ölkənin monopoliyasında olduğunu ifadə edərək, "Biz müxtəlifliyin təmiz enerjidə vacib olduğunu düşünürük" söyləyib.

Enerji sektorunda kritik transformasiya baş verir

Birol 24-25 aprel tarixlərində IEA və İngiltərə hökumətinin təşkil etdiyi Enerji Təhlükəsizliyinin Gələcəyi Sammiti çərçivəsində AA müxbirinin suallarını cavablandırıb.

Qlobal enerji sektorunda böyük bir transformasiya olduğunu bildirən Birol, neft, qaz və kömürün dünyada mühüm enerji mənbələri olaraq qaldığını, lakin artımın böyük hissəsinin hazırda təmiz enerji mənbələri hesabına təmin edildiyini açıqlayıb.