USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

S&P Türkiyənin kredit reytinqini açıqlayıb

26.04.2025 İqtisadiyyat
0 0
Beynəlxalq kredit reytinq agentliyi S&P Global Türkiyənin kredit reytinqini “sabit” proqnozla “BB-” səviyyəsində saxlayıb.

S&P Türkiyə ilə bağlı qərarını açıqlayıb. Agentlik Türkiyənin uzunmüddətli kredit reytinqini “BB-” səviyyəsində saxlayıb və reytinqin proqnozunu “stabil” olaraq təsdiqləyib.

Ötən il S&P may və noyabr aylarında keçirdiyi iki toplantıda Türkiyənin kredit reytinqini artırıb.

Noyabr ayı qiymətləndirməsində qeyd olunub ki, TCMB-nin sərt mövqeyi Türkiyə hakimiyyətinə lirəni sabitləşdirməyə, inflyasiyanın azaldılmasına, ehtiyatların bərpasına və maliyyə sistemində dollarlaşmanın azalmasına imkan verib.

Digər bir reytinq agentliyi olan Moody's yanvar ayı toplantısını buraxaraq Türkiyənin kredit reytinqini yeniləmədi. Moody's sonuncu dəfə 19 iyul 2024-cü ildə Türkiyənin kredit reytinqini iki pillə artıraraq "B3"dən "B1"ə yüksəldib, kredit reytinqinin proqnozunu isə "müsbət" olaraq saxlayıb.