USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çinin qızıl istehlakı azalır

28.04.2025 İqtisadiyyat
0 0
Çin Qızıl Assosiasiyasının məlumatına görə, yüksək qızıl qiymətlərinin qızıl zərgərlik məmulatlarına tələbi azaltmağa davam etməsi nəticəsində Çinin qızıl istehlakı 2025-ci ilin birinci rübündə illik müqayisədə 5,96 faiz azalaraq 290 492 tona düşüb.

Qızıl qiymətlərinin artması istehlakçı davranışının dəyişməsinə səbəb olsa da, qızıl bəzək əşyaları və zərgərlik kimi ənənəvi qızıl məhsulları investisiya aləti kimi öz yerini qızıl külçə və sikkələrə verdi.

Birinci rübdə qızıl zərgərlik məmulatlarının istehlakı illik 26,85 faiz azalaraq 134 min 531 tona yüksəldiyi halda, geosiyasi qeyri-müəyyənlik və iqtisadi dəyişkənlik mühitində təhlükəsiz sığınacaq axtaran investorların təsiri nəticəsində külçə qızıl və sikkə istehlakı 29,81 faiz artaraq 138 min 18 tona çatıb.