Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiya üzrə yenilənmiş məlumatları, o cümlədən, 2022-2024-cü illər üzrə yekun qiymətləndirməsini və 2030-cu ilə qədər olan proqnozlarını ictimailəşdirib.
Kommersant.az xəbər verir ki, söhbət hər ilin sonuna olan istehlak qiymətləri indeksindən (İQİ) gedir.
Fondun məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycanda İQİ 14,4 faiz təşkil edib.
2023-cü ildə inflyasiya kəskin şəkildə yavaşlayaraq, 2.1 faizə düşüb.
BVF qiymətləndirməsinə əsasən, 2024-cü ildə istehlak qiymətlərində mülayim - 4.9 faizə qədər artım müşahidə olunub.
Fond, eyni zamanda, 2025-2030-cu illər üzrə orta müddətli proqnozlarını təqdim edib. Proqnozlara əsasən, Azərbaycanda inflyasiya idarə oluna bilən diapazonda qalacaq - 2025-ci ildə – 5,2 faiz, 2026–2030-cu illərdə isə 4 faiz səviyyəsində.
Beləliklə, 2026-cı ildən başlayaraq BVF inflyasiyanın hədəf səviyyəsi çərçivəsində sabit dinamikasını gözləyir.