USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda “UnionPay” kartları ilə əməliyyatların həcmi 20% azalıb

29.04.2025 İqtisadiyyat
0 0
Bu ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi “UnionPay” kartları vasitəsilə əməliyyatların sayı 200 ədəd, həcmi isə 40 min manat olub.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə “UnionPay” kartları ilə əməliyyatların sayı 100 ədəd və ya 2 dəfə artıb, “UnionPay” kartları ilə əməliyyatların həcmi isə 10 min manat, yaxud da 20% azalıb.

Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi “UnionPay” kartları vasitəsilə əməliyyatların sayı 100 ədəd, əməliyyatların həcmi isə 50 min manat idi.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.

  • Əvvəlki

    ABŞ borc proqnozunu artırır

Digər xəbərlər

29.04.2025 İqtisadiyyat
ABŞ borc proqnozunu artırır
0 0
29.04.2025 İqtisadiyyat
Mis qiymətləri dəyişir
0 0