"Kommersant.az" xəbər verir ki, oktyabr ayında avropalı və asiyalıların Trumpın tətbiq etdiyi vergilərə qarşı görüləcək tədbirləri müzakirə etmək məqsədi ilə görüşü baş tutacaq. Qeyd etdiyimiz kimi 18-19 oktyabrda keçiriləcək görüşün əsas mövzusu ticarət və iqlim dəyişikliyi məsələləri olacaq.
Ehtimallara görə, görüş zamanı AB Asiya ölkələrini gərginliyi aradan qaldırmaq məqsədi ilə razılığa gəlməyə dəvət edəcək. Onu da vurğulayaq ki, eyni tarixə təsadüf edəcək "Brexit"in keçirilmə müddəti 2 gündən 1 günə endirilib.