OPEK-in neft hasilatı Səudiyyə Ərəbistanı hesabına yüksəlib.
"Kommersant.az" xəbər verir ki, İranın ona qarşı yürüdülən ABŞ sanksiyalarının ardından neft hasilatının yüksəlməsinə nail olunmayacağına dair açıqlamasının ardından OPEK bu gün yeni bəyanatla çıxış edib.
Bəyanata əsasən, OPEK neft hasilatını Səudiyyə Ərəbistanının hesabına istehsalın rekord həddə çatdığını bildirib. Belə ki, iyul ayında hasilat gün ərzində 230 min barel artaraq 10,65 milyon barelə çatıb. Açıqlamada o da qeyd olunub ki, bu rəqəm 2016-cı ildən etibarən qeydə alınan rekord nəticədir.