USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan payızda ikinci peyki orbitə buraxacaq

02.08.2018 İqtisadiyyat
0 0
Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı 2018-ci ilin sentyabrına planlaşdırılıb.

"Kommersant.az" xəbər verir ki, bunu "The John Batchelor Show" (ABŞ) radio şousunun efirində "Azərkosmos" ASC-nin prezidenti Rəşad Nəbiyev deyib.

R.Nəbiyev qeyd edib ki, hazırda orbitdə Azərbaycanın iki peyki var; Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropada telekommunikasiya xidmətləri göstərən "Azerspace-1" və bütün dünya üzrə, eləcə də "Google" kimi iri şirkətlərə xidmət göstərən "Azersky" peykləri var.

R.Nəbiyev əlavə edib ki, kosmik xidmətlər bazarı sürətlə dəyişir və bu sektorda getdikdcə daha böyük rolu startaplar oynayır.

Qeyd edək ki, "Azerspace-2/Intelsat 38" peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan buraxılacaq.

(c) Trend

  • Əvvəlki

    Avtomobillərin dövlət qeydiyyatına alınmasına görə - YENİ RÜSUMLAR TƏSDİQ EDİLDİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0