USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin ucuzlaşması davam edəcək - PROQNOZ

02.08.2018 İqtisadiyyat
0 0
Dünya birjalarında "Brent" markalı neftin qiyməti hər gün bir az ucuzlaşır.

"Kommersant.az" xəbər verir ki, "ICE" birjasında "Brent" markalı neftin sentyabr fyuçersinin qiyməti, 1 avqust tarixli ticarətin nəticəsində 1,82 dollar (2,45%) enərək bir barelə 72,39 dollar təşkil edib.

"Neftin qiymətinin kəskin şəkildə düşməsi ilk növbədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) ölkədəki neft ehtiyatları ilə bağlı həftəlik məruzəsini açıqlaması ilə bağlıdır".

Bunu redaksiyamıza açıqlamasında iqtisadçı ekspert İlham Şabanov deyib. Onun sözlərinə görə, hazırda "Brent" markalı neftin qiyməti 71,90 dollar təşkil edir:

"Neftin qiyməti enmə trendi göstərir. Dünən Bakı vaxtı ilə 18.30-da ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) ölkədəki neft ehtiyatları ilə bağlı həftəlik məruzəsini açıqladı. İlkin proqnozlara görə, neft ehtiyatları azalmalı idi. Ancaq gözlənilənin əksinə olaraq neft ehtiyatları 3,8 milyon barel artdı. Artım olanda ABŞ bazarına idxal azalır. Nəticədə bolluq yaranır. Treyderlər həmin an birjalarda buna reaksiya verirlər və qiymətlər aşağı enməyə başlayır".

İqtisadçı bildirib ki, ucuzlaşma sentyabrda da davam edəcək:

""Brent"in ucuzlaşmasına təsir edən digər amil isə Rusiyanın energetika naziri Aleksandr Novakın iyun ayında Rusiyada gündəlik neft hasilatının 290 min barel artacağı ilə bağlı açıqlaması oldu. Rusiya həm mayda, həm də iyunda hasilatı artırıb.

Sentyabrdan etibarən ABŞ-dan başlayaraq üzü Azərbaycana doğru neftayırma zavodları mütəmadi olaraq təmirə bağlanacaq. Belə halda onlar təbii ki, öz ehtiyatlarından istifadə edəcəklər. Məsələn, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təqribən 125-130 min barel nefti 20 gün ərzində ancaq xarici bazara xammal şəklində çıxaracaq. Bu da neftin ucuzlaşmasına olan töhfəmiz olacaq".

  • Əvvəlki

    Azərbaycan payızda ikinci peyki orbitə buraxacaq

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0