USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sumqayıt Kimya Sənaye Parkında Yun-əyirici Boyaq Fabriki inşa olunur

02.08.2018 İqtisadiyyat
0 0
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət göstərən 10 filialı arasında seçilən, əmək funksiyalarını və qarşıya qoyulan vəzifələri peşəkarlıqla yerinə yetirən, istehsalatda yüksək göstəricilər əldə edən İsmayıllı filialının işçiləri mükafatlandırılıb.

Qurumdan "Kommersant.az"a verilən məlumata görə, Cəmiyyətin İsmayıllı filialında bu münasibətlə keçirilən tədbirdə çıxış edən İdarə Heyətinin sədri Vidadi Muradov deyib ki, keçmişlə bu günümüz arasında körpü rolunu oynayan, min illərdir öz əhəmiyyətini itirməyən xalçaçılıq sənəti müxtəlif mədəniyyətlərin təsirinə baxmayaraq, xalqımızın həyatında öz dəyişməz yerini qoruyub saxlayıb. Xalçaçılıq sadəcə mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir.
Ona görə də Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərir, xalçaçılığın geniş şəbəkəsi yaradılır. Ölkə rəhbərinin tapşırığı ilə ilkin mərhələdə "Azərxalça”nın Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, İsmayıllı, Qəbələ, Xaçmaz və Quba rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb, "Azərxalça"nın xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edilib, işçi potensialının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülüb.
Prezident İlham Əliyevin iştirakı ilə 12 noyabr 2016-cı il tarixdə Cəmiyyətin Füzuli, 2017-ci il avqustun 20-də Şəmkir, dekabrın 7-də Quba, bu il mayın 4-də isə Xaçmaz filiallarının açılışı olub.
Dövlət başçısının sərəncamları ilə hazırda ölkəmizin müxtəlif şəhər və rayonlarında daha 10 xalça emalatxanasının tikintisi davam etdirilir.
Prezidentin tapşırığı ilə 2019-cu ildə də 10 xalça emalatxanasının yaradılması nəzərdə tutulub. Bununla da, “Azərxalça”nın filiallarının sayı 30-a, toxucularının sayı 4500 nəfərə çatdırılacaq.
V.Muradov bildirib ki, ölkə rəhbəri tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri də xalça istehsalı üçün lazım olan xammalın yerli xammal olmasıdır. Ona görə də Sumqayıt Kimya Sənaye Parkında "Azərxalça"nın Yun-əyirici Boyaq Fabriki inşa olunur. Fabrikin xammalla təmin olunması üçün Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında Regional yun və boyaq bitkilərinin tədarükü mərkəzləri yaradılır.
“Cəmiyyətin filiallarında indiyədək 3 min kvadratmetrdən çox 1000-ə yaxın xalça toxunub. “Azərxalça”nın 10 xalça emalatxanasının fəaliyyəti yerinə yetirilən işin kəmiyyəti və keyfiyyəti baxımından araşdırılıb. Apardığımız təhlillər göstərdi ki, İsmayıllıdakı xalça emalatxanasının işçiləri daha çox və keyfiyyətli xalçalar toxuyublar”,-deyən İdarə Heyətinin sədri vurğulayıb ki, ona görə də bu filialın kollektivi mükafatlandırılıb. Filialın işçilərinə həm pul mükafatı verilib, həm də onlar Fəxri fərmanla təltif olunublar.

  • Əvvəlki

    Xanəndə Miryusif Mirizadənin dostu: "O, son görüşümüzdə ağlayıb kəlmeyi şəhadətini dedi"

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0