USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Könüllülük Xidməti” çərçivəsində mübadilə proqramına start verilib

02.08.2018 İqtisadiyyat
0 0
“Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində keçirilən mübadilə proqramına start verilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) "Kommersant.az"a bildiriblər ki, proqramın yeddi üzvü bir ay müddətində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən Gənclər evlərində könüllü çalışacaqlar. Onlar yollandıqları Gənclər evlərində hazırladıqları layihələrin icrası ilə məşğul olacaqlar. Bundan başqa, yerli gənclər üçün müxtəlif təlim və seminarlar da təşkil ediləcək. Həmin gənclər avqustun 1-dən 31-dək bilik, bacarıq və təcrübələrini könüllü şəkildə həmyaşıdları ilə bölüşəcəklər. Fərqli mühitdə çalışmaq imkanı yeni təcrübə, dostlar qazandıracaq və gənclərin yay tətillərini səmərəli, əyləncəli keçirmələrinə səbəb olacaq.
Proqrama qoşulmaq üçün 18-29 yaşlı 200-dən çox gənc müraciət etsə də, müsahibəyə 50 nəfər qatılıb. Xüsusi suallara cavab verərək ən yüksək nəticəni toplayan təşəbbüskar, fəal və bacarıqlı könüllülər iştirak üçün seçiliblər.
Mübadilə proqramı Bakının Binəqədi, Sabunçu rayonları, eləcə də Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Balakən şəhərlərindəki Gənclər evlərində həyata keçiriləcək. Proqram Gənclər və İdman Nazirliyi, ARGTMŞ tərəfindən reallaşdırılır. Proqramın tərəfdaşları adıçəkilən şəhər və rayonların icra hakimiyyətləri, gənclər və idman idarələri və Gənclər evləridir. İştirakçıların bütün xərcləri ödəniləcək.