"Kommersant.az" xəbər verir ki, dünya maliyyəsinin mövcud ekstrimal sferasında Yaponiyanın xüsusi yeri var. Belə ki, Yaponiya borcları artırmaq istiqamətində dünya ölkələrini kölgədə qoyur.
Yaponiyanın dövlət borcu 1 kvadrillion yendən çoxdur və nəticənin ÜDM-ə nisbəti 253%-ə çatır. Bu da onu göstərir ki, Yaponiya borc miqdarı baxımından artıq Yunanıstanı qabaqlayıb.
Məhz bu göstəricilərə görə, ekspertlər maliyyə böhranının Yaponiyadan gələcəyinə dair proqnozlar verirlər.