USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prokurorluq orqanlarına işə qəbulla bağlı namizədlər müsahibəyə dəvət ediləcəklər

05.08.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq, hazırlıq səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutması məqsədilə prokurorluqda gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.

2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqələr keçirilmiş və əvvəlki müsabiqələrin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 65 faizini təşkil edir.
Baş Prokurorluğun mətbuat xidmətindən "Kommersant.az"a bildiriblər ki, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə və "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na əsasən, prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinci - yazılı imtahan mərhələsinə yekun vurulub.
Yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.prosecutor.gov.az) və qəbul otağında yerləşdirilib.
Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 96 namizəd Qaydaların 7.5-ci bəndinə əsasən, avqustun 7-dən etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti - müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7) keçiriləcək.
Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq üçün 492-74-32, 437-28-56, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

  • Əvvəlki

    Maliyyə böhranı bu ölkədən gələcək - EKSPERT RƏYİ

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0