"Kommersant.az" xəbər verir ki, təbii qazın alışında xarici ölkələrdən asılılığını tamam azaldan və təbii qaz ixracatçısı olmağı hədəfləyən Türkiyə, bu sahədə önəmli addım atıb.
Belə ki, Türkiyə və Bolqarıstan arasında "Lozenets-Nedyalsko" boru xəttinin açılışı olub. Xəttin əsas özəlliyi isə ikitərəfli qaz axınının mümkün olmasıdır. Bu xəttin açılması ilə gələcəkdə Türkiyə Avropaya qaz ixracında da iştirak edə biləcək.