"Kommersant.az" xəbər verir ki, İranın Mərkəzi Bankı yeni valyuta paketi hazırlayıb. Belə ki, atılan addım valyuta məhdudiyyətlərini aradan qaldıra bilər.
Mərkəzi Bankın rəhbəri Abdulnasir Himmeti açıqlama verərək, bundan sonra valyuta qiymətlərinin tənzimlənməsinə müdaxilə olunmayacağını, tənzimləmələrin tələblər əsasında müəyyən olunacağını bildirib.
Himmeti, Mərkəzi Bankın bundan sonra bazarda hədsiz dalğalanmaların qarşısının alınması və qara bazar yaranmasına mane olmaq məqsədi ilə "gözətçi" rolu oynayacağını da sözlərinə əlave edib. Onun sözlərinə görə ölkəyə gətiriləcək valyuta və qızıla heç bir sərhəd qoyulmayacaq.