"Kommersant.az" xəbər verir ki, ABŞ-ın tətbiq etdiyi vergi siyasətinin ağırlığı ekspertlər tərəfindən Çin iqtisadiyyatı üçün mənfi hal kimi qiymətləndirilirdi.
Lakin Çinin İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, ABŞ-ın yeni rüsumlar tətbiq edəcəyi gün rəsmi Pekin ABŞ-dan ixrac olunan təqribən 5207 adda məhsula əlavə vergi qoyacaq. Ekspertlər, bu halda Çinin ÜDM-ində əhəmiyyətli artım müşahidə olunacağını bildiriblər. Sözügedən vergi tətbiq olunarsa, Çin iqtisadiyyatına 200 milyard dollar dəyərində valyuta daxil olacaq.