Azərbaycan ötən il 21 min ton fındıq ləpəsi ixrac edib ki, bunun da 15 min tonu və yaxud, təxminən, 71%-i Avropa ölkələrinə həyata keçirilib.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.
Onun sözlərinə görə, bu il bu nisbətin 80%-ə çatdırılması nəzərdə tutulub.
2018-ci ilin yekununda Azərbaycanda 70 min ton fındıq yığılması gözlənilir.