"Kommersant.az" xəbər verir ki, dünyaca məşhur kafe zənciri "Starbucks" ödənişləri kriptovalyuta ilə qəbul edəcəyini ictimaiyyətə elan edib.
Bununla belə, şirkət kriptovalyutanı birbaşa qəbul etməyəcəyini, ödənişləri vasitəçi yolu ilə alacağını açıqlayıb. Vasitəçi rolunu isə, valyutanı avtomatik olaraq Amerika dollarına çevirmək imkanına malik olan "Bakkt" oynayacaq.
"Starbucks" yeni sistemə noyabr ayından etibarən keçid etməyi planlaşdırır.