USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DMX-nin qanunsuz miqrantların saxlanma mərkəzində monitorinq keçirilib

06.08.2018 İqtisadiyyat
0 0
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanma mərkəzində monitorinq keçirib.

"Kommersant.az" bildirir ki, bu barədə Trend-ə komitənin sədr müavini Elçin Şirinov məlumat verib.
E.Şirinovun sözlərinə görə, monitorinq zamanı saxlanma yerində 81 nəfərlə görüşüblər:
"Komitə sədri Tural Hüseynov, mən, hüquqşünaslar Qartal Hüseynov və Rövşən Məmmədov saxlanma yerində monitorinq keçirdik. Saxlanma yerində olan 81 nəfər qanunsuz miqrantın əksəriyyəti Pakistan və Hindistan vətəndaşları idi. Qalanları isə Qazaxıstan, Özbəkistsn, Türkmənistan və Gürcüstan vətəndaşları idi. Monitorinq zamanı onların saxlanma şəraitləri ilə tanış olduq. Saxlanma şəraitləri yüksək səviyyədədir. Normal insan yaşayışı üçün bütün şərait yaradılıb".

E.Şirinov bildirib ki, mərkəz müasir standartlara uyğun təmir edilib: "Mərkəzdə müasir tədris mərkəzi fəaliyyət göstərir və orada miqrantlara Azərbaycan dili öyrədilir. Musiqi zalları, idman zalları, istirahət otaqları yaradılıb. Mərkəzdə kitabxana fəaliyyət göstərir. Ən əsası mərkəzdə miqrantların ailələri ilə danışması üçün beynəlxalq telefon aparatları quraşdırılıb ki, həmin telefonlarla miqrantlar xaricdə yaşayan ailə üzvləri ilə pulsuz danışa bilirlər.
Monitorinq zamanı qanunsuz miqrantlarla fərdi söhbətlər apardıq. Onlar saxlanma şəraiti və onlarla rəftardan narazılıq etmədilər. Miqrantların geyim təminatı ilə də maraqlandıq. Mərkəzin anbarında miqrantlar üçün lazım olan bütün paltarlar var idi və onlar bundan da pulsuz istifadə edirlər".