USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

XİN: İndoneziyadakı zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

06.08.2018 İqtisadiyyat
0 0
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lombok adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziya xalqına başsağlığı verib.

"Kommersant.az" xəbər verir ki, başsağlığı Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yayılıb.
Başsağlığında deyilir: "Lombok adasında baş verən zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Biz həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzulayırıq".
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, İndoneziyadakı zəlzələdə xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.