USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtda dizel yanacağının istehsalı artıb

06.08.2018 İqtisadiyyat
0 0
Altı ayda Bakıda dizel yanacağı istehsalı 6 faizədək artıb.

Bakı Şəhər Statistika İdarəsindən "Kommersant.az"a bildirilib ki, bu ilin yanvar-iyun aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 593,7 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 2,4 faiz artıb.
Yarım ildə yanacaq mazutunun istehsalı 86,2 faiz, avtomobil benzininin istehsalı 0,6 faiz azalıb.
Ağ neftin istehsalı 2,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 14,8 faiz, dizel yanacağı istehsalı 5,9 faiz, sürtkü yağlarının istehsalı 3 dəfə, neft bitumunun istehsalı 79,6 faiz, neft koksunun istehsalı isə 22,8 faiz artıb.

  • Əvvəlki

    XİN: İndoneziyadakı zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0