USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti ucuzlaşıb

06.08.2018 İqtisadiyyat
0 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.

"Kommersant.az" bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 3-də 73,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 3-də 70,22 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 3-də 72,44 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.